İpoteka və Kredit Zəmanət Fondunun kapitalına 89 milyon manat ayrılacaq

2027-ci ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına 89 milyon manat ayrılması nəzərdə tutulur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu vəsait əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq.