Nazir Milli Məclisə gəldi - Büdcə müzakirə olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Iclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Toplantıya maliyyə naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digər qonaqlar qatılıb.