Bakı, 4 noyabr, AZƏRTAC Müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ekoloji dayanıqlılıq beynəlxalq münasibətlərin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizindəki enerji ehtiyatları, əlverişli Günəş və külək şəraiti, inkişaf etmiş enerji infrastrukturu, eləcə də Avropa ilə Asiya arasında yerləşməsi ölkəyə enerji sahəsində xüsusi strateji üstünlüklər qazandırır. Xüsusilə son illərdə yaşıl enerji siyasətinin genişləndirilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcını qoyub.Azərbaycanın alternativ enerji imkanları kifayət qədər genişdir. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatlarına əsasən, ölkənin bərpaolunan enerji mənbələri üzrə iqtisadi cəhətdən səmərəli və texniki baxımdan yararlı potensialı təxminən 27 min meqavat (MVt) qiymətləndirilir. Bu potensialın mənbələr üzrə bölgüsü belədir: Günəş enerjisi üzrə 23 min MVt, külək enerjisi üzrə 3000 MVt, bioenerji üzrə 380 MVt, dağ çaylarının hidroenerji potensialı üzrə isə 520 MVt.Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisinin texniki potensialı 157 giqavat (GVt) qiymətləndirilir. Bu göstərici Azərbaycanın gələcəkdə yalnız daxili enerji tələbatını ödəyən deyil, həm də böyük həcmdə yaşıl elektrik enerjisi ixrac edən ölkəyə çevrilə biləcəyini göstərir.Ötən il külək və Günəş elektrik stansiyalarında ümumilikdə 769,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 162,3 milyon kilovat-saat artıb. Bu da ölkədə alternativ enerji istehsalının genişləndirilməsinin konkret göstəricisidir.Azərbaycanın yaşıl enerji strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq investisiyaların cəlb edilməsi və iri enerji layihələrinin həyata keçirilməsidir. Qaradağ Günəş Elektrik Stansiyası bu sahədə mühüm layihələrdən biridir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş stansiyanın gücü 230 MVt-dır. Stansiyanın ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi, 110 milyon kubmetr təbii qaza qənaət olunmasına və atmosferə karbon emissiyalarının 200 min ton azaldılmasına imkan yaradacağı gözlənilir.Digər mühüm layihə Xızı-Abşeron Külək Elektrik Stansiyasıdır. Gücü 240 MVt olan bu layihə Azərbaycanın külək enerjisi potensialından istifadənin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.İşğaldan azad edilmiş ərazilərdə də alternativ enerji layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hidroenerji, Günəş və külək enerjisi baxımından böyük imkanlara malikdir. Energetika Nazirliyinin məlumatına əsasən, azad edilmiş ərazilərdə ümumi gücü 307 MVt olan 38 kiçik su elektrik stansiyası fəaliyyət göstərir. Əlavə olaraq, 48,5 MVt gücündə 11 stansiyanın tikintisi nəzərdə tutulur.Cəbrayıl rayonunda isə 340 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bu layihələr həmin ərazilərin enerji təminatının yaxşılaşdırılması ilə yanaşı, Qarabağın yaşıl enerji zonasına çevrilməsinə də xidmət edir.Azərbaycanın enerji siyasətində əsas məqsədlərdən biri alternativ enerji istehsalını artırmaqla yanaşı, ölkəni regionun mühüm enerji tranzit mərkəzinə çevirməkdir. Bu baxımdan Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında yaradılan enerji əlaqələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın tranzit imkanları bir neçə mühüm amilə əsaslanır. Bunlara Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığı, Gürcüstan vasitəsilə Qara dənizə və Avropa bazarlarına çıxış, eləcə də Türkiyə üzərindən Avropa enerji bazarına inteqrasiya daxildir. Bu amillər Azərbaycanın ənənəvi enerji tranzitində qazandığı təcrübəni gələcəkdə yaşıl enerji sahəsinə də tətbiq etməsinə imkan yaradır.Azərbaycanın alternativ enerji tranziti üzrə ən mühüm strateji layihələrindən biri Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizidir. 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Layihənin əsas məqsədi Xəzər dənizində və Azərbaycanda istehsal ediləcək bərpaolunan elektrik enerjisinin Gürcüstan vasitəsilə Qara dənizdən keçən sualtı elektrik kabeli ilə Rumıniyaya və digər Avropa ölkələrinə çatdırılmasıdır.Bu il layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması və beynəlxalq investorlara təqdim edilməsi onun praktiki icrası baxımından mühüm mərhələ olub. Layihə reallaşarsa, Azərbaycan Avropanın enerji təchizatında yalnız təbii qaz deyil, həm də bərpaolunan elektrik enerjisi üzrə mühüm tərəfdaşlardan birinə çevrilə bilər.Azərbaycanın yaşıl enerji tranzitində digər mühüm istiqamət Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdır. Bu əməkdaşlığın məqsədi Mərkəzi Asiyanın Günəş və külək enerjisi potensialını Xəzər dənizi üzərindən Azərbaycanla əlaqələndirmək, daha sonra isə Avropa bazarlarına ötürməkdir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı da Xəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi araşdırmalarına dəstək göstərmək məqsədilə bu prosesə cəlb olunub.Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan gələcəkdə Mərkəzi Asiyada istehsal edilən yaşıl enerjinin Avropa istiqamətində ötürülməsində əsas əlaqələndirici ölkələrdən birinə çevrilə bilər. Beləliklə, ölkənin enerji tranzitindəki rolu Xəzərin qərb sahilindən Avropaya uzanan yeni elektrik enerjisi marşrutları hesabına daha da genişlənə bilər.Aparılan təhlil göstərir ki, Azərbaycan alternativ enerji istehsalı və tranziti sahəsində mühüm regional və beynəlxalq potensiala malikdir. Ölkənin 27 GVt həcmində iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji potensialı, Xəzər dənizindəki 157 GVt-lıq texniki külək enerjisi potensialı, mövcud enerji infrastrukturu və əlverişli coğrafi mövqeyi bu sahədə strateji üstünlüklər yaradır.Xüsusilə Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi və Mərkəzi Asiya–Azərbaycan enerji əməkdaşlığı ölkənin gələcək tranzit strategiyasının əsas istiqamətlərindəndir. Bu layihələrin reallaşması Azərbaycanı təkcə neft və qaz ixracatçısı deyil, həm də beynəlxalq yaşıl elektrik enerjisi ticarətinin mühüm iştirakçılarından birinə çevirə bilər.Beləliklə, Azərbaycanın enerji siyasətində baş verən transformasiya ənənəvi enerji ixracından alternativ enerji istehsalı və tranzitinin genişləndirilməsinə doğru strateji keçidi ifadə edir. Bu keçidin uğuru investisiyaların həcmi, infrastrukturun inkişafı, beynəlxalq əməkdaşlıq və texnoloji modernləşmədən asılı olacaq. Uzunmüddətli perspektivdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən, Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu oynayan və yaşıl enerji bazarında mövqeyini möhkəmləndirən regional enerji mərkəzinə çevrilə bilər. Müəllif - Rabil Kətanov
Bu gün
2036 xəbər bu gün
2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye…
Bakı, 4 noyabr, AZƏRTAC Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın müxbiri xəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər…
Gəncə, 4 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Gəncə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə…
Bakı, 4 noyabr, AZƏRTAC44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən mühüm tarixi mərhələnin başlanğıcı oldu. 2023-cü il sentyabrın…
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən…
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın ayrı-ayrı yerlərində yağışın…
Səhər saat 9-a hələ xeyli vaxt vardı. 44 günlük Vətən müharibəsi zamanı yaralı hərbçilərin müalicəsində iştirak edən cərrahlardan biri olmuş Bəhruz Paşayevlə müsahibə üçün Xətai Tibb Mərkəzinə nəzərdə tutulan vaxtdan bir…
İstanbul, 4 noyabr, AZƏRTAC Türkiyənin Bursa şəhərində “Xarıbülbüldən Laləyə: Qardaşlıq bağları” mövzusunda əl işləri sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, Qarabağ Zəfərinə və 8 Noyabr – Zəfər Gününə həsr olunan…
Bakı, 4 oktyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri professor Rza Mahmudovun rəhbərliyi ilə “Azərbaycanın hidroqrafik xüsusiyyətləri” adlı monoqrafiya nəşr olunub…
2027-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır. Bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, gəlirlərin 38,8…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib. Bu barədə Ukrayna dövlət başçısının rəsmi saytında bildirilib. Sənədə əsasən, mükafat…
2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və…
Tbilisi, 4 noyabr, AZƏRTAC Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.AZƏRTAC xəbər verir ki, görüş Papuaşvilinin Qırğızıstana rəsmi səfəri çərçivəsində…
Gələn il Azərbaycanda turizm və informasiya-kommunikasiya sahələrində əhəmiyyətli artım proqnozlaşdırılır. Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və…
"Tottenhem"in mərkəz yarımmüdafiəçisi Lukas Berqvall "Barselona" (İspaniya) və "Napoli"nin (İtaliya) marağına baxmayaraq, komandadan ayrılmayacaq. "Football Insider"ə istinadən, isveçli futbolçu London klubunda özünü…
Ali Məhkəmənin Cinayət kollegiyasında külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxılıb. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, işin…
Erməni iranşünas Vardan Voskanyan sosial şəbəkə hesabında Xudafərin körpüsü istiqamətində Azərbaycan sərhədinin İranın zərbə endirə biləcəyi hədəflərdən biri olduğunu iddia edib. Oxu.az-a istinadla, V.Voskanyan bir qədər…
Об этом сообщили в Минобороны России.
В рамках совместной кампании BakıKart и Mastercard пассажиры смогут оплачивать каждый четвертый проезд в метро и автобусах всего за 1 гяпик. Как сообщает BakıKart, акция...
В Тбилиси 5 и 6 ноября состоится международный форум, посвященный перспективам нейтралитета Грузии и ее возможной роли в укреплении мира и сотрудничества на Кавказе. Организаторами...
ABŞ-də Konqresə aralıq seçkilərin keçirildiyi gün İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampı hədəf alan plakat nümayiş etdirilib.
2027-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.
ABŞ-da keçirilən aralıq seçkilərində Respublikaçılar Demokratlara məğlub olub. Belə ki, ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə Demokratlar lazımi çoxluğu əldə ediblər. “NBC News” xəbər…
2027-ci ilin dövlət büdcəsinin əsas müsbət məqamlarından biri Dövlət Neft Fondundan ayrılan vəsaitlərin azaldılması fonunda büdcə gəlirlərində artımın təmin olunmasıdır. Bunu deputat Əli Məsimli Milli Məclisdə 2027-ci…
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi…
4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi…
ABŞ-da noyabrın 3-də keçirilən aralıq Konqres seçkiləri prezident Donald Trampın siyasi mövqeyi və Ağ Evin gələcək fəaliyyəti baxımından mühüm nəticələrlə yadda qaldı. Demokratlar həm Nümayəndələr Palatasında, həm də…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı I dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edib. Bu barədə informasiya noyabrın 2-də imzalanmış prezident sərəncamında yer alıb. Belə ki…
2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3.5 dəfə, aktiv obyektlərin sayı 1.7 dəfə artıb. Bu proses cari ildə davam edib, hazırda vergilərin 93%-i könüllü ödənilir". Bunu…
Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Ermənistanın dövlət büdcəsindən baş nazir Nikol Paşinyan və digər yüksəkvəzifəli məmurların ailələrinin saxlanması üçün ayrılan milyonlarla dram vəsait, eləcə də şəxsi xərclərin ödənilməsi barədə təfərrüatlar.
Azərbaycanda 2027-ci ildə hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisi üzrə dövlət büdcəsinə 400 milyon manat vəsait daxil olması nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 24 milyon manat və ya…
"Şəkidə və Qaxda çox sayda qazlaşmayan kəndlər var. Əvvəllər qazlaşma prosesi üçün büdcədən vəsait ayrılırdı, həmin vəsait sürətlə kəndlərin qazlaşdırılmasına gətirib çıxardı. Sonra həmin xərclər ixtisar olundu. İndi bu…
В Азербайджане в рамках бюджетного правила предлагается установить лимит на темпы роста текущих расходов в дополнение к показателю ненефтяного базового дефицита.
Azərbaycanda gömrük orqanları xətti ilə tətbiq edilən güzəşt və azadolmaların illik həcmi təxminən 3 milyard manat təşkil edir.
В 2020-2026 годах на восстановление и реконструкцию освобожденных от оккупации территорий Азербайджана из государственного бюджета было выделено почти 26 миллиардов манатов.
В Баку и на Абшеронском полуострове с вечера 5 ноября до вечера 9 ноября временами ожидаются дожди. В отдельных районах полуострова осадки могут приобретать кратковременный интенсивный характер, возможны грозы.
В январе-сентябре 2026 года на блоке месторождений "Азери-Чираг-Гюнешли" (АЧГ) в азербайджанском секторе Каспийского моря были пробурены и введены в эксплуатацию 12 нефтедобывающих скважин, три скважины для закачки воды…
Центральный банк Азербайджана положительно оценивает макрофискальную рамку, представленную на 2027 год и среднесрочный период.
Азербайджанский блогер под никнеймом banuall порадовала подписчиков новым фотодампом. Как передает Day.Az, девушка опубликовала подборку фотографий на своей странице в Instagram.
Компания Jeep провела премьеру концепта Wrangler Scrambler SRT - автомобиля, который сочетает ностальгию по классическому пикапу CJ-8 Scrambler с современными гоночными технологиями и мощью двигателя V8.
Редакторы журнала Vogue назвали популярный фасон пальто на осень и зиму. Как передает Day.Az со ссылкой на Lenta.ru, материал появился на сайте издания. Речь идет о длинной двубортной модели серого оттенка. По словам…
Регулярное употребление миндаля может помогать снижать уровень "плохого" холестерина, уменьшать воспаление и контролировать массу тела. К такому выводу пришли исследователи из Университета Касима в Саудовской Аравии. Как…
2027-ci ilə makroiqtisadi siyasət prioritetlərini müəyyən edərkən qlobal və daxili iqtisadi mühitdə gözlənilən meyillər nəzərə alınmalıdır.
Azərbaycanda 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır. Layihəyə…
“Növbəti il dövlət büdcəsində regionların büdcədən asılılığı daha da azalıb və rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb”. Tribuna.az xəbər verir…
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026”…
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən sabiq vəzifəli şəxsi Saday Alıyevin cinayət işi üzrə məhkəmə…
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” “Super endirim günləri” kampaniyasını elan edir.…