Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti dəyər itirib, “Bitcoin”in qiyməti isə 76 min dollara düşüb.
“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 0,66% ucuzlaşaraq 76 097,94 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 6,17%, son 30 gündə isə 11,81% azalıb.
“Ethereum” 0,18% ucuzlaşaraq 2 238,91 dollara, BNB 1,15% azalaraq 686,10 dollara düşüb. “Bitcoin Cash” 2,09% dəyər itirərək 268,11 dollara, “Bittensor” 0,83% geriləyərək 220,25 dollara, “Quant” isə 1,15% ucuzlaşaraq 188,28 dollara enib.