Çempionlar Liqası:

“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tur oyununu keçirəcək.

Azərbaycan təmsilçisi səfərdə Norveç çempionu “Vikinq”in qonağı olacaq.

Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçiriləcək görüşün baş hakimi Niderland Futbol Federasiyasından Sander van der Eyk olacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da (noyabrın 4-dən 5-nə keçən gecə) start veriləcək.

Qeyd edək ki, “Sabah” turnirdə keçirdiyi üç oyundan sonra bir qələbə və iki məğlubiyyətlə 3 xala malikdir. Norveç təmsilçisi isə aktivinə cəmi 1 xal yazdıra bilib.