Arıqlamaq istəyənlərin çörəyi qida rasionundan tamamilə çıxarmasına ehtiyac yoxdur.
Sfera.az bildirir ki, “Abzas” nəşrinin məlumatına görə, diyetoloq Darya Rusakova düzgün seçilmiş çörəyin çəki azalması prosesində də faydalı ola biləcəyini bildirib.
Onun sözlərinə görə, çörək mürəkkəb karbohidratların, bitki mənşəli zülalın və lifin mənbəyidir. Xüsusilə lif uzun müddət toxluq hissi yaradır və gün ərzində daha az qida qəbul etməyə kömək edir.
Diyetoloq qadınlara gündə 30-60 qram, kişilərə isə 100-120 qrama qədər çörək yeməyi tövsiyə edir.
Həkim qidalanma zamanı tam taxıllı, çovdar və kəpəkli çörəyə üstünlük verilməsini məsləhət görür. Onun sözlərinə görə, kəpəkli çörəyin tərkibində taxılın qabığı, B qrupu vitaminləri, kalium və maqnezium qorunub saxlanılır. Bundan əlavə, bu çörəyin qlisemik indeksi də xeyli aşağı olur.