Hörmüz boğazında dörd tanker minaya düşdü

Hörmüz boğazının cənub hissəsində dörd tanker minaya düşərək partlayıb.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) istinadla İRNA agentliyi məlumat yayıb.

“İranın Hörmüz boğazının cənub hissəsindəki qadağan olunmuş zonadan keçmək niyyətində olan və neft daşıyan dörd gəmi dəniz minalarında partlayıb və yanmaqda davam edir”, – deyə agentlik Korpusun bəyanatından sitat gətirib.

Korpusun məlumatına görə, daha iki gəmi saxlanılıb. Həmçinin qeyd olunur ki, İran hərbçiləri Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurublar.