Peruda "El-Nino" iqlim fenomeninin səbəb ola biləcəyi güclü yağışlar və daşqın təhlükəsi ilə əlaqədar ölkə ərazisinin təxminən 70 faizində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
"El Peruano" qəzetinin hökumət qərarına istinadən yaydığı məlumata görə, rejim ölkənin 1 890 bələdiyyəsindən 1 380-də qüvvəyə minib.
Qərarın məqsədi təbii fəlakətin mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin daha operativ həyata keçirilməsidir.
Qeyd edək ki, "El-Ninyo" fenomeninin təsiri nəticəsində Argentinada da güclü yağışlar və daşqınlar baş verib. Təbii fəlakət azı iki nəfərin ölümünə səbəb olub, bir neçə min insan isə təxliyə edilib.