Demokratlar Nümayəndələr Palatasında 19, respublikaçılar isə 10 mandat qazanıb - YENİLƏNİB 2

Demokratlar Nümayəndələr Palatasında 19, respublikaçılar isə 10 mandat qazanıb

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 19, respublikaçılar isə 10 mandat əldə ediblər.

Bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

Senatda demokratlar 41, respublikaçılar isə 31 mandata sahibdirlər.

***

ABŞ-da Konqresə aralıq seçkilərində demokratlar Nümayəndələr Palatasına seçkilərdə 11, respublikaçılar isə 3 mandat əldə ediblər.

Bu barədə “Associated Press” məlumat yayıb.

Nəticələr Vermont, Kentukki, Florida, Corciya və Ohayo ştatlarında keçirilən səsverməyə aiddir.

Məlumat ilkin nəticələri əks etdirir və digər dairələrdə səslərin hesablanması davam edir.

***

ABŞ-ın Kentukki və İndiana ştatlarında Konqresin Nümayəndələr Palatasına keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədləri liderlik edir.

Bu barədə CNN ilkin səsvermə nəticələrinə istinadən məlumat yayıb.

“Associated Press” agentliyinin hesablamalarına görə, demokratlar artıq Nümayəndələr Palatasında 4, respublikaçılar isə 2 yer qazanıblar.

Aşağı palatada çoxluğu əldə etmək üçün partiyalardan biri ən azı 218 mandat qazanmalıdır. Hazırda palataya respublikaçılar nəzarət edir.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.