ABŞ İrana qarşı hərbi əməliyyata başlaya bilər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı mümkün hücum planı hazırdır. Zərbələrin ən tez sabah həyata keçirilə biləcəyi bildirilir.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hücum planı ABŞ-də keçirilən aralıq seçkilərdən sonra reallaşdırıla bilər.

Qəzet yazır ki, Donald Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri prezidentə Hörmüz boğazına tətbiq edilən blokadaya diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, iqtisadi təzyiq İran rejiminin süqutuna səbəb ola bilər.

Administrasiyanın digər nümayəndələri isə hesab edirlər ki, rejimi zəiflətməyin yeganə yolu hərbi əməliyyatlardır.