Rusiya Xmelnik AES-i hədəfə aldı: 3 dronla hücum

Rusiya Ukraynanın Xmelnik Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan yarımstansiyaya üç pilotsuz uçuş aparatı (PUA) göndərib.

Bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

O, G7 ölkələrinin və Avropa İttifaqının səfirləri ilə görüşündə Rusiyanın bu cür addımlarının bütün Avropanın nüvə təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.

Hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verilib.