Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Uzunoba kəndində növbəti səyyar qəbul keçirib.
Səyyar qəbuldan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsinə daxil olan Uzunoba, Baraxum, Xəzərli, Şıxlı, Məçidoba, Şərifoba, Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak ediblər.
Görüş zamanı sakinlər kəndlərin sosial-iqtisadi inkişafı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, infrastruktur və digər aktual məsələlərlə bağlı, həmçinin fərdi xarakterli müraciətlərini səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülüb.
Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.