Bakı, 3 noyabr, AZƏRTAC Avropanın aparıcı dövlətləri olan Fransa və Almaniyada baş verən sosial etirazlar iqtisadi siyasətin nəticələri, yaşayış xərcləri, sosial ədalət və dövlət institutlarına ictimai etimad məsələlərini yenidən gündəmə gətirir. Bu prosesləri yalnız ayrı-ayrı hökumətlərin fəaliyyətinə etiraz kimi deyil, müasir Avropa dövlətlərinin qarşılaşdığı iqtisadi və institusional çağırışlar kontekstində qiymətləndirmək lazımdır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib. Professorun sözlərinə görə, Emmanuel Makronun daxili siyasətinə qarşı səsləndirilən tənqidlər cəmiyyətdə sosial-iqtisadi problemlər və siyasi qərarların qəbulu mexanizmləri ilə bağlı narazılıqların mövcudluğunu göstərir. Bununla belə, müxalifətin hakimiyyəti “Makron diktaturası” və ya “Makron rejimi” kimi xarakterizə etməsi siyasi qiymətləndirmədir və ölkədəki idarəetmə sisteminin hüquqi mahiyyətini müəyyənləşdirmək üçün özlüyündə kifayət qədər əsas sayıla bilməz. Z.Məmmədov qeyd edib ki, demokratik idarəetmənin dayanıqlılığı yalnız seçkilərin keçirilməsi ilə deyil, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hakimiyyətin hesabatlılığı, ictimai dialoqun təmin edilməsi və sosial problemlərə effektiv cavab verilməsi ilə ölçülür. Bu baxımdan, Fransada baş verən hadisələrin nəticələri hökumətin narazılıqları nə dərəcədə konstruktiv dialoqa və real islahatlara çevirə bilməsindən asılı olacaq.Almaniya və Fransadakı vəziyyətə toxunan professor vurğulayıb ki, enerji qiymətləri, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsiri, iqtisadi artımın zəifliyi, mənzil əlçatanlığı və sosial bərabərsizlik kimi amillər Avropa hökumətləri qarşısında ciddi vəzifələr qoyur. Miqrasiya və sosial inteqrasiya məsələləri də bəzi ölkələrdə ictimai müzakirələrin əsas istiqamətlərindən biridir. Bununla belə, etirazların səbəblərini yalnız bir amillə izah etmək düzgün deyil. Hər bir ölkənin iqtisadi göstəriciləri, sosial strukturu və siyasi şəraiti ayrıca təhlil edilməlidir. Professorun fikrincə, Almaniyada sənayenin rəqabət qabiliyyətinin qorunması və iqtisadi artımın sürətləndirilməsi, Fransada isə sosial narazılıqların azaldılması və ictimai etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu problemlər hökumətlərin iqtisadi və sosial siyasətinin səmərəliliyinə yenidən baxılmasını zəruri edir.“Avropa ölkələrində müşahidə olunan kütləvi etirazlar mövcud idarəetmə sistemləri qarşısında ciddi sosial-iqtisadi və siyasi çağırışların olduğunu göstərir. Bu proseslər əhalinin yaşayış səviyyəsi, sosial ədalət, dövlət siyasətinin effektivliyi və hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı etimad məsələlərində müəyyən problemlərin mövcudluğunu üzə çıxarır. Hesab edirəm ki, bu çağırışlar Avropa hökumətlərindən daha çevik, sosialyönümlü və cəmiyyətin gözləntilərini nəzərə alan siyasət yürütməyi tələb edir. Əsas məsələ mövcud problemləri vaxtında müəyyənləşdirmək, onların həlli üçün konkret tədbirlər görmək və ictimai etimadı möhkəmləndirməkdir”, – deyə o bildirib. Z.Məmmədov hesab edir ki, Avropa hökumətləri üçün əsas prioritetlər iqtisadi rəqabət qabiliyyətinin artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, enerji və mənzil əlçatanlığının yaxşılaşdırılması, gənclərin təhsil və məşğulluq imkanlarının genişləndirilməsi olmalıdır. Eyni zamanda, şəffaf idarəetmə, vətəndaşlarla davamlı dialoq və qərarların qəbulunda ictimai maraqların nəzərə alınması dövlət institutlarına etimadın bərpasında mühüm rol oynaya bilər.Professor vurğulayıb ki, Fransada və Almaniyada müşahidə olunan proseslər Avropada sosial-iqtisadi və siyasi idarəetmə sahəsində ciddi çağırışların mövcudluğunu göstərir. Lakin bu hadisələri bütün Avropa üçün təsdiqlənmiş sistem böhranı kimi xarakterizə etmək üçün daha geniş statistik və siyasi təhlilə ehtiyac var. “Nəticə etibarilə, müasir dövlətlərin dayanıqlılığı problemlərin tamamilə aradan qaldırılması ilə deyil, həmin problemlərə çevik, ədalətli və nəticəyönümlü cavab vermək qabiliyyəti ilə müəyyən olunur. Avropa ölkələrinin qarşısında duran əsas vəzifə iqtisadi inkişafı sosial ədalətlə uzlaşdırmaq, ictimai etimadı qorumaq və demokratik institutların effektivliyini gücləndirməkdir”, - deyə o əlavə edib. Müxbir: Pərvanə Qafarova
Bu gün
3902 xəbər bu gün
“SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır”. Bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik…
Valyuta bazarında təklifin tələbi üstələməsini birbaşa iqtisadi artımın zəifləməsi ilə əlaqələndirmək düzgün deyil. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən iki ünvanda təmir işlərinə başlanılacaq.Metbuat.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər…
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Komissiyasının genişlənməyə dair hesabatını siyasi cəhətdən qərəzli adlandırıb. Redaktor.az əbər verir ki, bu barədə XİN-nin bəyanatında...
Bakı, 4 noyabr, AZƏRTAC Fransa Ərazi Kəşfiyyat Xidmətinin məlumatına görə, noyabrın 5-i axşam Parisətrafı yerlərdə 500 min nəfərdən 780 min nəfərədək etirazçının nümayişlərdə iştirakı gözlənilir. Parisin Polis Kəşfiyyat…
Президент Израиля Ицхак Герцог начал консультации с прошедшими в Кнессет партиями, чтобы определить, кому поручить формирование нового правительства после выборов 27 октября. Об этом сообщает...
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinin qarşıdakı oyunları üçün heyətə dəvət olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi…
Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir…
Astroloqların proqnozlarına görə, noyabr ayında iki bürcün ailə həyatında sevinc, hüzur və bərəkət artacaq. Ev və ailə ilə bağlı məsələlərdə uğurlu dəyişikliklər yaşana bilər.BuğaBuğa bürcləri üçün noyabr ayı ev və ailə…
"Карабах" U19 завершил выступление в Юношеской лиге УЕФА по футболу. Как передает Day.Az со ссылкой на İdman.biz, подопечные Рашада Садыгова потерпели крупное поражение от хорватского "Динамо" в ответном матче второго…
В преддверии шестой годовщины исторической Победы Азербайджана в 44-дневной Отечественной войне, в Хатаинском центре искусств состоялось открытие выставки художника и скульптора Натигa Джамала Авшара "Военное искусство…
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Lionel Messinin 2021-ci ildə Paris klubuna keçidinin onun oyununa necə təsir etdiyini açıqlayıb. Tribuna.az xəbər verir…
TikTok təkcə əyləncə və qısa videolar platforması olmaqdan çıxaraq dünya kitab sənayesinin mühüm satış kanallarından birinə…
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa limanında hərbi mal daşıyan yük gəmisinə zərbə endirdiyini açıqlayıb. Nazirlik Rusiya ordusunun Ukraynadakı hədəflərə hücumlarını davam etdirdiyini bildirib.Bəyanatda deyilir…
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır. Bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.Rektor qeyd edib ki, SDU klassik dövlət…
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin…
"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun sosial şəbəkə izləyicilərinin sayı klubla müqavilə imzaladığı vaxtdan bu günədək 100 mindən 1.1 milyona yüksəlib.
"KM Construction" tikinti şirkəti inşaat işləri zamanı zərər vurduğu sakinə kompensasiyanın qalan hissəsini aylardır ödəmir.
"Barselona"nın əsas yarımmüdafiəçilərindən olan Rodri Hernandes bud nahiyəsindən aldığı zədə ucbatından uzun müddət komandasına kömək edə bilməyəcək. Tibbi müayinələrdən sonra futbolçunun təxminən 1 ay yaşıl meydanlardan…
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazındakı Qəşm adası üzərində vurulduğunu açıqlayıb. SEPAH-ın bəyanatında PUA-nın ölkənin vahid…
Azərbaycan və Əlcəzair strateji cəhətdən mühüm enerji resursları istehsalçıları və tədarükçüləri olaraq, neft-qaz sənayesi, neft-kimya və bərpa olunan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli…
ABŞ-nin “Time” jurnalı prezident Donald Trampın ağzı yapışdırılmış fotosu ilə yeni üz qabığını təqdim edib. Nəşr fotonu “Facebook” sosial şəbəkəsində yayımlayıb. Üz qabığı ABŞ-də keçirilən aralıq Konqres seçkilərinə həsr…
İlon Mask ABŞ Konqres seçkilərində Respublikaçıların məğlubiyyətindən sonra 60 milyard dollardan çox pul itirib. Səsvermənin nəticələrindən sonra Tesla səhmləri 5,7%, SpaceX səhmləri isə ilkin ticarətdə 7,6% ucuzlaşıb…
Qəhvə yalnız ayıqlığı artırmır, həm də öd kisəsinin fəaliyyətinə təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, bu içki öd axınını stimullaşdıraraq daş əmələ gəlməsi riskinin azalmasına kömək edə bilər. EatingWell…
Zaman maşını ilə keçmişə qayıtmaq ideyası hələ də fizikanın ən böyük suallarından biri olaraq qalır. Çinli alim yeni araşdırmasında müəyyən fəza-zaman modellərində belə səyahətin mümkünsüzlüyünü göstərən riyazi meyar…
Kolumbiyalı qapıçı David Ospina 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Karyerası ərzində "Atletiko Nasional" (Kolumbiya), "Nitsa"…
İranlı siyasi analitik Həmzə Rəhim Səfəvi İsrailə qarşı kimyəvi silah və “çirkli bomba”dan istifadə ehtimalını gündəmə gətirib. "Tasnim" xəbər agentliyinə istinadən, Tehran Universitetinin müəllimi İranın ənənəvi və…
ABŞ-də aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın fotosunu “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” yazısı ilə yayımlayıb. Bu barədə Ağ Evin Kommunikasiyalar…
Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis müavini Cunuşev Talantbek…
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson əməkdaşlarına bildirib ki, Konqresin yeni tərkibində respublikaçılar fraksiyasına rəhbərlik etməyəcək. "Sky News"a istinadən, bu barədə mənbələr bildirib. Telekanalın…
Göyçay rayonunda avtomobil qəzası baş verib.
Gələn ildən növbəti genişmiqyaslı sosial islahat paketinin icrasına start verilməsi planlaşdırılır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün baş tutan…
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il…
ABŞ fond bazarları çərşənbə günü demokratların aralıq seçkilərdə inamlı qələbəsi fonunda kəskin yüksəlib. Bu barədə CNBC məlumat yayıb. Demokratlar Nümayəndələr Palatası və Senatda çoxluq əldə edib, həmçinin Texas da…
Manatın gələn il üçün məzənnəsi açıqlanıb. Bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun…
Almaniyanın xarici işlər naziri İohann Vadeful İkinci Dünya müharibəsində nasizm üzərində qələbənin əldə olunmasında SSRİ-nin rolunu etiraf edib. Nazir bu fikirləri teleaparıcı Anna Villin...
Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub. Ölkə.az-a istinadən, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən,...
Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultonov və ədliyyə nazirinin müavini Numon Məhəmmədiyev, Qırğız Respublikası Prezidentinin İşlər İdarəsinin rəis…
Moskva, 4 noyabr, AZƏRTAC Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş məşhur “Arşın mal alan” musiqili komediyası yenidən Rusiyanın paytaxtı Moskvada nümayiş olunacaq…
Bakı, 4 noyabr, AZƏRTACNoyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub.AZƏRTAC…
Sərəncam
Kaya Kallas
Qələmzər Tağıyeva
"Muhteşem yüz yıl” serialında "Hürrəm Sultan" obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli ölkəmizə gəlib. Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filminin qala gecəsidir…
Müxalif “Güclü Ermənistan” blokunun lideri ermənistanlı iş adamı Samvel Karapetyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət yaxın bir saat ərzində məhkəməyə təqdim olunacaq. Bu barədə “Hetq” nəşri…
ABŞ-də aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın fotosunu diqqətçəkən qeydlə paylaşıb. Fotonun üzərində “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” sözləri…