Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması üçün dövlət satınalması elan edilib.
Satınalma Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Tender respublika üzrə bir sıra təhsil müəssisələrində cari və əsaslı təmir işlərinin, eləcə də kommunal-kommunikasiya işlərinin satın alınmasını nəzərdə tutur.
Tenderin qalibi “Bakımexanizasiyanəqliyyat” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
Xatırladaq ki, “Bakımexanizasiyanəqliyyat” ASC əvvəlki tenderlərdə də təhsil müəssisələrinin təmiri üçün milyonlarla manatlıq satınalmalar həyata keçirib.
Belə ki, Banker.az-ın 23 sentyabr 2025-ci il tarixli xəbərinə əsasən, idarə ölkə üzrə təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərinin aparılması üçün cəmiyyət 8,1 milyon manatdan çox dəyəri olan müqavilə bağlayıb.
Satınalmanın ehtimal olunan qiyməti 3 milyon 129.279 manat təşkil edir.