"Vikinq”in futbolçusu:

“Bizi "Sabah"a qarşı maraqlı oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərimiz "Bavariya" ilə matçda olduğu kimi, bu dəfə də möhtəşəm atmosfer yaradacaqlar. Tribunadakı ab-hava isinməyə çıxarkən belə bizə enerji verir”.

Bunu Norveçin “Vikinq” komandasının futbolçusu Henrik Byordal UEFA Çempionlar Liqasının IV turunda “Sabah”a qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib və Stavanger təmsilçisinin qələbə qazanmaq istədiyini vurğulayıb.

“‘Sabah" yaxşı komandadır. Çempionlar Liqasına vəsiqə qazanmalarının da bir səbəbi var. Ancaq Stavangerdə hər şey mümkündür. Üç xal qazanmaq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, “Vikinq” noyabrın 4-də Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Sabah”ı qəbul edəcək.