Qapıçı ilə toqquşan 30 yaşlı futbolçu ÖLDÜ - FOTO

İspaniyanın "Tenerife" klubunun hücumçusu Xesus de Miqel ölkə çempionatının ikinci divizion matçı zamanı ürəktutmasdan 30 yaşında vəfat edib.

Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Faciəvi incident noyabrın 2-də "Andorra"ya qarşı keçirilən qarşılaşmada baş verib.

De Miqel rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra huşunu itirərək yerə yıxılıb.

Həkimlərin meydançada göstərdiyi ilkin tibbi yardımdan sonra futbolçu dərhal xəstəxanaya çatdırılıb.

Noyabrın 3-ü səhər saatlarında xəstəxanadan acı xəbər gəlib.

Klub De Miqelin dünyasını dəyişdiyini bəyan edərək merhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xesus de Miqel 2025-ci ildən "Tenerife"nin şərəfini qoruyurdu.

O, karyerası ərzində İspaniyanın "Kastelyon", "Unionistas" və "Fuenlabrada" klublarında da çıxış edib.