DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Ukrayna polisinin birgə əməliyyatı nəticəsində Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkənin Kievdə müxtəlif ünvanlarda fəaliyyət göstərən “Call center”ləri aşkarlanaraq onlarla kibercinayətkar ifşa olunub.
Şəbəkə üzvləri özlərini hüquq-mühafizə, bank və maliyyə təşkilatlarının nümayəndələri kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edib, onların pul vəsaitlərini ələ keçiriblər.
Əməliyyatlarla cinayətkar qrupun üzvləri saxlanılaraq ölkəyə gətirilib.\\qafqazinfo