Dumanlı hava şəraiti müşahidə olunur

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Buna səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

İl ərzində daha çox dumanlı hava şərati dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır.