Berinq boğazının altından keçməklə Rusiya ilə ABŞ-ı birləşdirəcək tunelin tikintisi 205 milyard dollara başa gələ bilər.
Bu barədə RBC məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, real ssenari əsasında layihənin 2041-ci ilədək istifadəyə verilməsi mümkündür.
Ekspertlər mümkün layihəni keçmişin iri infrastruktur layihələri – Baykal-Amur Magistralı (BAM) və Trans-Sibir dəmir yolu ilə müqayisə edirlər.
Tunelin üstünlüklərindən biri kimi Diomid adaları göstərilir. Bu adalar marşrutu üç hissəyə bölməyə imkan verəcək.