Polis ötən gün 67 cinayətin açılmasını təmin edib

Noyabrın 2-də Azərbaycanda qeydə alınan 45 və əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 90 nəfər borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.