Qadın voleybolçularımız bu gün Çempionlar Liqasına çıxır

Qadın voleybolçular arasında keçirilən CEV Çempionlar Liqasında həyəcan davam edir.

Azərbaycan çempionu “Turan” bu gün turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində növbəti sınağına çıxacaq.

Komandamız bu mərhələdə Bolqarıstanın köklü klublarından olan Plovdivin “Maritsa” komandası ilə üz-üzə gələcək.

3 oktyabr

20:30 “Maritza” (Plovdiv) – “Turan” (Tovuz)