Qadın voleybolçular arasında keçirilən CEV Çempionlar Liqasında həyəcan davam edir.
Azərbaycan çempionu “Turan” bu gün Bakı vaxtı ilə saat 20:30-da turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində növbəti sınağına çıxacaq.
Komandamız bu mərhələdə Bolqarıstanın köklü klublarından olan Plovdivin “Maritsa” komandası ilə üz-üzə gələcək.