Milyoner iki uşağı və arvadı ilə Floridada faciəli şəkildə öldü – Video

Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub.

"New York Post"a istinadən, "Learjet 60" təyyarəsinin göyərtəsində "Retention.com" və RB2B texnologiya şirkətlərinin təsisçisi Adam Robinson, onun həyat yoldaşı Helen Şarp, dörd yaşlı qızı Emma və iki yaşlı oğlu Çarli olub.

Onlarla birlikdə uşaqların dayəsi Anita Mariya Setina, ailənin dostları Reyçel Rid və Çarmi Fer, həmçinin iki pilot da uçurdu. Onların hamısı həlak olub.

Təyyarə Ostindən (Texas ştatı) Baham adalarına doğru yola düşüb, lakin Qrinakres şəhərinin yaşayış massivində qəzaya uğrayıb.

İstintaqın ilkin məlumatlarına görə, hava gəmisi hələ yerlə toqquşmazdan əvvəl parçalanmağa başlayıb. Qəzadan əvvəl ekipaj dispetçerlərə təyyarənin buz bağlaması və güclü turbulentlik barədə məlumat verib.