Yəmənin ordusu Taiz vilayətinin cənubunda bəzi mövqeləri qiyamçı “Ənsarallah” Hərəkatından (husilər) geri alıb.
Bu barədə Yəmən Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, şiddətli döyüşlərdən sonra hökumət qüvvələri Əl-Məsrax rayonunun Nüba, Səyib kəndlərini və Mübarək təpəliklərini nəzarətə götürüb. Çoxlu sayda husi döyüşçüsünün öldürüldüyü və yaralandığı da bildirilib.
Hazırda Əl-Cövf, Ləhc, Marib və Əl-Beyda vilayətlərində də döyüşlər davam edir.
Yəmən Prezidenti Rəşad əl-Əliminin əmri ilə oktyabrın 5-də husilərin nəzarətində olan ərazilərin, o cümlədən paytaxt Sənanın geri qaytarılması məqsədilə başladılan “Yəmənin Sübhü” əməliyyatı artıq ikinci ayına qədəm qoyub.