Ötən gün investorlar ABŞ ilə İran arasında münaqişənin həll olunacağına dair ümidlər fonunda neft qiymətlərinin ucuzlaşmasına reaksiya veriblər. Çərşənbə axşamı səhər saatlarında Brent markalı neftin qiyməti bir barel üçün təxminən 105,27 dollar səviyyəsində olub.
Bu gün ABŞ-də Konqresə aralıq seçkilər keçiriləcək. İlk nəticələrin noyabrın 4-də məlum olacağı gözlənilir. Seçkilərlə bağlı qeyri-müəyyənlik səbəbindən investorlar Uoll-stritdə yüksək volatilliyə hazırlaşırlar.
Seçkilər texnologiya sektorunda problemlərin yaşandığı bir dövrə təsadüf edir. Treyderlər süni intellekt texnologiyalarının şirkətlərin gəlirlərinə necə təsir göstərəcəyini diqqətlə izləyirlər. Bundan əlavə, Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcəsini artıracağına dair narahatlıqlar da bazar iştirakçılarına təzyiq göstərir. Noyabrın 6-da ABŞ-nin oktyabr ayı üzrə əmək bazarı, noyabrın 10-da isə inflyasiya göstəriciləri açıqlanacaq.
Asiya birjalarında isə vahid dinamika müşahidə olunmur. Yerli investorlar da ABŞ-də keçiriləcək seçkiləri izləyir və süni intellekt texnologiyalarının şirkətlərin gəlirlərinə mümkün təsirini qiymətləndirirlər. Belə ki, Kospi indeksi 3,91% geriləyərək 5630,21 bəndə düşüb. Hang Seng indeksi 0,63% artaraq 23541,03 bəndə yüksəlib, Çinin Shanghai Composite indeksi isə 0,85% azalaraq 3607,16 bəndə enib. Yaponiyada Mədəniyyət Günü münasibətilə birjalarda ticarət keçirilmir.