Tramp Maskı əfv edəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp, ara seçkilərdən sonra Konqres araşdırmasının obyekti olacağı təqdirdə, Amerikanın SpaceX şirkətinin rəhbəri Elon Maskın əvvəlcədən əfv edilməsinə hazır olduğunu bildirib. Bu barədə Bloomberg açıqlama yayıb.Tramp, sahibkarı və onun tərəfdaşlarını lazım gələrsə qoruyacağına söz verərək, əvvəlcədən əfv verilməsini belə düşünməyəcəyini vurğulayıb. "Lazım gələrsə, bunu edəcəyəm. Əlbəttə", - deyə o bildirib.Amerika lideri həmçinin sələfi Co Baydenin vəzifəsindən getməzdən əvvəl oğlu Hanteri və bir neçə administrasiya rəsmisini əfv etdiyini xatırladıb.Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Elon Maskı dahi adlandırıb. O, Moskvanın kosmik məsələlərdə ABŞ və Maskla "sıx təmasda" olduğunu bildirib.Jalə