Müəllim 13 yaşlı şagirdindən uşaq dünyaya gətirdi

ABŞ-də 36 yaşlı müəllim və basketbol məşqçisi 13 yaşlı şagirdinə qarşı cinsi zorakılıq etdiyini etiraf edib.

“Metro” nəşrinin məlumatına görə, hadisə oğlanın 11 yaşı olarkən başlayıb və dörd il davam edib. Bu müddətdə müəllim ondan uşaq dünyaya gətirib.

Oğlanın ailəsi uzun müddət baş verənlərdən xəbərsiz olub. Hadisə illər sonra uşağın babası müəllimin övladı ilə öz nəvəsi arasında oxşarlıq görərək şübhələndikdən sonra üzə çıxıb.

Məsələ ictimailəşəndə şagird müəllimin onu zorlamadığını və məcbur etmədiyini bildirib. Buna baxmayaraq, məhkəmə qadını 5 il müddətinə azadlıqdan məhrum edib.