Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə Oxu.az məlumat yayıb.
Məlumata görə, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.
3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.
Elgün Səmədov 2016-cı ilin Aprel döyüşləri zamanı 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib. O, Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.