Tənhalıq insan sağlamlığına mənfi təsir göstərərək ürək-damar xəstəlikləri riskini artıra bilər.
Həkim-nevroloq Aleksey Mamatovun sözlərinə görə, sosial əlaqələrin zəif olması insanların fiziki aktivliyini azaltmasına, gündəlik rejimə əməl etməkdə çətinlik çəkməsinə və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilər. O, gündəlik 30 dəqiqəlik gəzintinin belə sağlamlıq üçün faydalı olduğunu bildirib.
Mütəxəssis uzunmüddətli tənhalığın depressiya və təşviş riskini artırdığını, həmçinin demensiya ilə əlaqələndirildiyini qeyd edib. İnsanların dərdlərini bölüşə və dəstək ala biləcəkləri şəxslərin olmaması psixoloji gərginliyi daha da ağırlaşdıra bilər. Bununla belə, tənhalıq bu xəstəliklərin yeganə və birbaşa səbəbi hesab edilmir.
Həkimin fikrincə, sağlamlığın qorunmasında düzgün qidalanma, keyfiyyətli yuxu və fiziki aktivliklə yanaşı, sosial münasibətlər də mühüm rol oynayır. İnsanları daim ünsiyyətə məcbur etmək əvəzinə, onların özlərini rahat hiss etdikləri əlaqələr qurmasına şərait yaratmaq vacibdir.