Bakıda bəzi piyada keçidlərində liftlər və eskalatorlar dəyişdiriləcək.
Dəyişikliklər 14 fərqli ünvanı əhatə edəcək. Yeraltı və yerüstü piyada keçidində quraşdırılmış liftin yenilənməsi və əsaslı təmiri, həmçinin eskalatorun, əlil arabaları üçün platformanın yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.
Artıq bununla bağlı müvafiq prosedura başlanılıb və tender elan olunub.
Görüləcək işlərə 9 milyon 985 min 650 manat xərclənməsi planlaşdırılır.
Təmir olunacaq məkanların siyahısı ilə buradan tanış ola bilərsiniz.