AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Bakı, 2 noyabr, AZƏRTAC Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.AZƏRTAC silsilə yazıların növbəti hissəsində şairin qardaşı, ictimai-siyasi xadim, tarixçi-alim və yazıçı Mehdixan Vəkilovun xatirələrini təqdim edir. O, Səməd Vurğunun uşaqlıq illərindən, təhsilindən və müəllimlik fəaliyyətinin ilk dövründən bəhs edir.“…Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən çapırdı… Mən ilk yoxlamadan sonra qəbul olundum… Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidun bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız isə təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edib deyirdi: “Arvad! Bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz”. Yazıq nənəmiz isə: “Firidun bəy! Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb, Badsəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir”, - deyə yalvarırdı. Firidun bəy heç bir güzəştə getmək istəmirdi. Birdən “Eh! Firidun bəy, haradan biləsən ki, bu ürəkdə nə var?!” - deyən bir uşaq səsi eşidildi. Firidun bəy cəld döndü. Nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.Firidun bəy fikrə getdi, ətrafı tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə: “Bir yoxla görək”, - dedi.O zamanlar bir ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular. İbrahim Əfəndi “Əmma” surəsini açıb Səmədə oxumağı tapşırdı. Səməd o surəni oxumadı. Quranı ortasından açıb bir-iki sətir oxuduqdan sonra kitabı örtdü, gözlərini yumdu və qalan ayələri də əzbərdən, gözəl səslə oxumağa başladı. Hamı heyrət içində dərin sükuta qərq olaraq onu uzun müddət dinlədi. Sükutu Firidun bəy pozdu. O, Səmədə yaxınlaşıb əlini çiyninə qoydu və dedi: “Bu ki, od parçasıymış!”.Kitabda qeyd olunur ki, Səməd Vurğun, demək olar, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cəsarəti və heyrətamiz hafizəsi Firidun bəyi “məğlub” etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verərək seminariyaya qəbul olundu…Mehdixan Vəkilov xatırlayır ki, Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdəqulunu, Rza Tofiqi, Əbdülhəq Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılığındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Müəllim Yusif Qasımov şagirdləri bu yazıçıların, məhz, demokratik və humanist meyilləri ilə tanış edirdi. O dövrün tədris proqramında türk ədəbiyyatına daha çox yer verilirdi. Səməd Vurğun Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu:“Torpaq - vətənim, növi-bəşər millətim - insan,Dünya dönəcək cənnətə insanla, inandım, -” misralarını daim təkrar edərdi. Sonralar Səməd “Fikrətin qarşısında” şeirini yazmağa başladı, lakin yalnız kiçik bir hissəsini yaza bildi…”.Mehdixan Vəkilov, həmçinin yazır ki, Səməd Vurğun türk inqilabçı-demokratı Namiq Kamalın vətənpərvərliyini və imperializmə qarşı üsyan ruhunu ifadə edən iki parçanı da həmişə təkrar edərdi:“Ölərsəm, görmədən millətdə ümid etdiyim feyzi,Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun!”yaxud:“Külabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,Oyan, ey şiri-jəyan, oyan, bu xabi-qəflətdən!”Əbdülhəq Hamidin “Məqbər” əsərini də sevə-sevə oxuyardı. Səməd Vurğun Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər, onların əsərlərini əzbərləyərdi. Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif poeziyasından qidalanmışdır…”.Mehdixan Vəkilov yazır ki, 1924-cü il iyunun 1-də Qazax Müəllimlər Seminariyasını bitiriblər:“Səməd 1924–1925-ci tədris ilində Şıxlı məktəbində çalışmışdır. O, müəllim Şərif Cavadzadə (Şikəstə) ilə dostlaşmışdı və onun evində qalırdı… 1925-ci ilin sentyabrında Səməd Köçəsger kənd məktəbinə müdir təyin edildi…Səməd Vurğun Köçəsger kəndində 1926-cı ilin yanvarına kimi işləyə bildi. Müəllimlərin qış konfransında Səməd Vurğun tənqidi çıxış edərək “Süpürgə almağa pul yoxdur”, — dedikdə, Qazax Qəza İcraiyyə Komitəsinin sədri Abdal Usubov onu susdurmaq üçün: “Pul yoxdur, papağınla süpür!” — deyə qışqırdı. Buna cavab olaraq Səməd Vurğun əsəbi və acı şəkildə: “Əgər papaqla məktəb süpürmək yaxşıdırsa, onda gəl, sən özün qiymətli papağınla süpür”, — dedi. Bu hadisədən sonra onu təqib etməyə başladılar…”. Ardı var... Əvvəlki materialı oxu Müxbir – Günel Alıyeva
Bu gün
2575 xəbər bu gün
Нынешняя ситуация на земле не позволяет рассчитывать на скорое восстановление поставок, отметил представитель Кремля.
Минобороны России впервые планирует перенести выплату декабрьских зарплат военнослужащим на январь следующего года, сообщает Bloomberg. Согласно проекту приказа, с 2026 года декабрьское денежное довольствие будет...
Бывший контр-адмирал ВМС Турции Джихат Яйджы заявил о существовании геополитических планов, направленных на ослабление союза Турции и Азербайджана и вытеснение Анкары из Центральной Азии и...
Nazirlər Kabineti İçərişəhərdə yerləşən qeyri-yaşayış binası ilə bağlı qərar qəbul edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq...
"225 nömrəli məktəbdə 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılması hər bir valideynin, hər bir müəllimin ürəyini ağrıdan faciədir. Əvvəlcə dünyasını dəyişən qızımızın ailəsinə və yaxınlarına başsağlığı verirəm…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. Redaktor.az xəbər verir ki, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə...
"Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında strateji əhəmiyyətli məsələlər sırasında ideoloji təhlükəsizlik məsələsini ön plana çəkdi. Bu, təsadüfi deyil. Prezident vurğuladı ki…
Редакторы журнала Vogue назвали модную замену классическому маленькому черному платью на осень 2026 года. Соответствующий материал появился на сайте издания, передает Day.Az со ссылкой на Lenta.ru. Актуальной…
Регулярное употребление темного шоколада один-два раза в неделю связано со снижением риск развития симптомов депрессии у пожилых людей. Работа японских ученых опубликована в журнале Frontiers in Nutrition, передает…
На пограничном пункте пропуска "Красный мост" в двух грузовых автомобилях марки MAN, следовавших из Азербайджана в Грузию, обнаружили дизельное топливо, табак для кальяна и автомобильные запчасти, не указанные в…
Ученые Каролинского института в Швеции обнаружили связь между редкими инфекциями, которые могут передаваться от беременной женщины плоду, и повышенным риском аутизма и интеллектуальной недостаточности у детей. Результаты…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli…
Азербайджанский фуд-блогер aysell_harunova показала как приготовить нежнейший тирамису. Как передает Day.Az, рецептом она поделилась на своей странице в Инстаграм.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 136 kiloqram 600 qram narkotik vasitə və 5500 ədəd psixotrop tərkibli "Metadon M-40" həbinin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Приказом министра труда и социальной защиты населения Азербайджана Рашид Шамиль оглу Везиров назначен советником министра. Как сообщили Day.Az в министерстве труда и социальной защиты населения, Рашид Везиров, 1979 года…
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız yerli bazara deyil, daha geniş…
İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrin övladları üçün 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı sosial-tibbi aksiya təşkil olunub. Bu barədə Diasporla İş üzrə…
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız…
Azərbaycanda bir sıra xəstəliklərə görə əlilliyin qiymətləndirilməsi zamanı müalicə müddətinin tamamlanması tələb olunmur. Bu xəstəliklərə ağciyər sarkoidozu, oynaq ankilozu, demensiya, autizm və bir sıra…
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…
Azərbaycanda "Diriliş Ertuğrul" serialına baxarkən güclü həyəcan keçirən xəstə infarkt keçirib.
Dünyanın 20-dən çox ölkəsindən 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər Zoomlion "Green Leading Win-Win 2027 | Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil edib.
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə…
Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib. Nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin…
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi…
Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib. Modern.az-ın məlumatına görə, nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin…
Oktyabrın 30-da Azərbaycanın Baş naziri Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi…
Noyabr ayında qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq ölkədə 7, 8, 9 və 10 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olacaq. Dörd günlük tətil vətəndaşlara payızın son…
“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…
İsmayıl Kartalla yollarını ayıran "Fənərbaxça"nın yeni baş məşqçi namizədləri siyahısında Valdas Dambrauskasın da olduğunu yazmışdıq. Artıq bu barədə başqa mənbələrdə də xəbərlər tirajlanır. Hadisələrin axarının nə ilə…
Ali təhsil müəssisələrində yuxarı kurs tələbələrindən fərqli olaraq, birinci kursda təhsilalanlar üç aylıq təqaüdlərini ala bilməyiblər. Məlumata görə, əksər universitetlərdə birinci kursların təqaüdlərinin köçürülməsi…
Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin 17 yaşlı üzvü, ölkə çempionu Həvva Yambulatova vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı, Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin olunub.
TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə nazirliyi sistemində çalışan rəhbər şəxslərdə ciddi narahatlıq yaradıb. Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və…
İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd…
Formula 1-də 2026-cı il mövsümünün çempionu müəyyənləşib. Mercedes komandasının 20 yaşlı italiyalı pilotu Kimi Antonelli bu uğura imza ataraq yarış tarixinin ən gənc dünya çempionu olub. Antonelli Meksika Qran-prisini…
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub. Nazir Anar Əliyevin Əmrinə əsasən bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu gətirilib.4 Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb…
Keçmiş İsrail Baş naziri Ehud Barak Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq məqsədilə İrana qarşı hərbi əməliyyat planlaşdıra biləcəyini iddia edib. O, mümkün müharibənin İsrail üçün ciddi nəticələr doğura…