Bakı, 2 noyabr, AZƏRTAC Avropanın bir sıra ölkələrində son dövrlər sosial-iqtisadi problemlərin dərinləşməsi, ictimai narazılıqların artması və küçə qarşıdurmalarının intensivləşməsi mövcud siyasi idarəetmə modelinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Xüsusilə Almaniya və Fransada müşahidə olunan ictimai gərginlik, miqrasiya məsələsi, enerji təhlükəsizliyi, bahalaşma və sosial təminat problemləri Avropa hökumətlərinin qarşısında duran əsas çağırışlardandır.Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.Onun sözlərinə görə, Avropa ölkələrində müşahidə olunan proseslərə yalnız ayrı-ayrı sosial etirazlar və ya təhlükəsizlik problemi kimi yanaşmaq düzgün olmazdı. “Burada daha geniş siyasi və iqtisadi səbəblər, o cümlədən əhalinin həyat səviyyəsi, sosial müdafiə, məşğulluq, miqrasiya siyasəti və dövlət idarəçiliyinə inam məsələləri dayanır. Almaniyada baş verən hadisələr fonunda Avropa hökumətlərinin sosial narazılıqları əsasən təhlükəsizlik tədbirləri və siyasi bəyanatlarla aradan qaldırmağa çalışması problemin köklü həlli üçün kifayət etmir. Çünki insanların gündəlik həyatında üzləşdiyi çətinliklər aradan qaldırılmadıqca ictimai narazılıqların yenidən baş qaldırması və daha geniş miqyas alması riski qalır. Avropa ölkələrində enerji qiymətlərinin yüksəkliyi, yaşayış xərclərinin artması, mənzil təminatı, işsizlik və sosial bərabərsizlik məsələləri də vətəndaşların narazılığını gücləndirən amillərdəndir. Eyni zamanda, miqrasiya siyasətinin yaratdığı çətinliklər, miqrantların cəmiyyətə inteqrasiyası və ictimai təhlükəsizliklə bağlı müzakirələr bir sıra ölkələrdə siyasi gündəmin əsas mövzularına çevrilib”, - deyə A.Nağıyev vurğulayıb.Komitə sədri qeyd edib ki, Avropada siyasi hakimiyyətlərin qarşısında duran əsas vəzifə cəmiyyətə yeni vədlər vermək deyil, mövcud problemlərin həlli istiqamətində konkret və nəticəyönümlü addımlar atmaqdır: “Əks halda, ənənəvi siyasi qüvvələrə inamın azalması, radikal və populist siyasi cərəyanların mövqelərinin güclənməsi ehtimalı artır. Avropa uzun illər demokratiya, insan hüquqları, qanunun aliliyi və sosial rifah prinsiplərini beynəlxalq münasibətlərdə əsas dəyərlər kimi təqdim edib. Lakin bu gün həmin dəyərlərin qorunması ilə bağlı problemlərin Avropanın öz daxilində də aktuallaşması diqqət çəkir”.Deputat əlavə edib ki, Almaniya və Fransada küçə qarşıdurmaları, miqrasiya böhranı, enerji təhlükəsizliyi ilə bağlı çətinliklər və sosial narazılıqlar Avropa institutlarının böhranlara nə dərəcədə hazırlıqlı olduğunu da gündəmə gətirir. Bu baxımdan, Avropanın beynəlxalq müstəvidə demokratik dəyərlərin müdafiəçisi kimi çıxış etməsi ilə yanaşı, həmin prinsipləri öz cəmiyyətlərində də təmin etməsi vacibdir.“Avropanın gələcək siyasi və iqtisadi sabitliyi hökumətlərin mövcud problemlərə nə dərəcədə real və effektiv həll yolları təqdim etməsindən asılı olacaq. Sosial narazılıqların səbəbləri aradan qaldırılmadan yalnız inzibati və təhlükəsizlik tədbirləri ilə sabitliyin təmin edilməsi uzunmüddətli nəticə verməyəcək”, - deyə komitə sədri bildirib.
Bu gün
2770 xəbər bu gün
Bakı, 2 noyabr, AZƏRTAC ABŞ-də Hellouin bayramı zamanı yeddi ştatda baş verən atışmalar nəticəsində 12 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.AZƏRTAC “NBC News”a istinadla xəbər verir ki, ən ağır hadisələr…
Bakı, 2 noyabr, AZƏRTAC Bir sıra Avropa ölkələrində son dövrlər siyasi və iqtisadi çətinliklərin dərinləşməsi, əhalinin sosial narazılığının artması və ənənəvi siyasi qüvvələrə inamın azalması müşahidə olunur…
Budapeşt, 2 noyabr, AZƏRTAC Macarıstanda dizel yanacağının qiyməti yenidən artmağa başlayıb. Artıq bəzi yanacaqdoldurma məntəqələrində bir litr dizelin qiyməti 721 forinti (1,98 avro) ötüb.AZƏRTAC “Daily News Hungary”…
Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Qlobal İstedadlar Forumunda məruzəçi qismində…
Pekin, 2 noyabr, AZƏRTAC Çinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndələri sülh danışıqlarını təşviq etmək və gərginliyi azaltmaq məqsədilə regiona səfər edəcəklər.AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər…
Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 2-də Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib.Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri…
Bakı, 2 noyabr, AZƏRTACSumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)…
Bakı, 2 noyabr, AZƏRTAC Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam…
Bakı, 2 noyabr, AZƏRTAC Avropanın bir sıra ölkələrində müşahidə olunan etirazlar təkcə daxili siyasi narazılıqlarla deyil, həm də qlobal iqtisadi böhran, müharibələrin yaratdığı enerji böhranı və miqrasiya siyasətinin…
Bakı, 2 noyabr, AZƏRTAC Fransada keçirilən kütləvi etirazlar Avropanın aparıcı dövlətlərində dərinləşən sosial-iqtisadi problemlərin və hakimiyyətlərə inamın azalmasının növbəti göstəricisi oldu. Fransada etirazların…
Stokholm, 2 noyabr, AZƏRTAC İsveçdə “ICA” və “Coop” ticarət şəbəkələrinə məxsus bir neçə ərzaq mağazasında soyuducu və dondurucu avadanlıqlarda ciddi nasazlıqlar yaranıb. Supermarketlərdən birinin əməkdaşları hadisənin…
Bakı, 2 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Universitetinin tərəfdaşlığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının…
Brüssel, 2 noyabr, AZƏRTAC Belçikanın Baş naziri Bart De Vever 2027-ci il federal büdcəsi ilə bağlı razılığa gələ bilmədiyindən istefasını Kral Filippə təqdim edəcək. AZƏRTAC xəbər verir ki, kral istefanı qəbul edə və ya…
Yəmənin cənub-qərbində yerləşən Lahic vilayətində husilərin tibb mərkəzinə raket hücumu nəticəsində azı 20 mülki şəxs ölüb və ya yaralanıb
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşın 50 min manatını mənimsəyən şəxsə hökm oxunub.
Azərbaycanda gənc idmançı – atlet Həvva Yambulatova qəfil vəfat edib.
İstifadəçilər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Bu barədə…
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən…
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən…
Hesablama Palatası “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy verib. BAKU.NEWS bu barədə Redaksiya-ya istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti…
Əlilliyi olan şəxslər təyin edilmiş müddət başa çatdıqdan sonra sosial müavinətin davam etdirilməsi üçün yenidən tibbi müayinədən keçməli olurlar. Lakin bu tələb bəzi şəxslər üçün ciddi narahatlıq yaradır. Məsələn, ayağı…
Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolaqları təşkil edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat…
"İstilik təchizatının fərdi qaydada dayandırılması halında mənzilin daxilindən keçən dik boru hər hansı birləşmə və ya əlaqələndirici olmadan keçməli, belə birləşmə və ya əlaqələndirici olduğu halda onlar müvafiq qaydada…
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət-yoxlama tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Biləsuvar və Sumqayıt rayonlarında fəaliyyət…
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət-yoxlama tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir.
Dövlət İmtahan Mərkəzi istifadəçiləri elektron xidmətlərdən yararlanarkən diqqətli olmağa, şəxsi məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmağa və kibertəhlükəsizlik qaydalarına ciddi…
Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT…
Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə...
Noyabrın 2-də Fransada orta məktəb şagirdləri yenidən etiraz aksiyalarına başlayıblar. Paris, Marsel və Renndə məktəblərin bloklanması və təhsil şəraitinə qarşı kütləvi nümayişlərin təfərrüatları.
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat…
Mənzilin satılması zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri də qüvvədə olan sığorta müqaviləsinin taleyi və əvvəlcədən ödənilmiş sığorta haqqının geri qaytarılmasıdır. Bəs sığortalanmış mənzil satıldıqda…
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilib.
Dünyanın 20-dən çox ölkəsindən olan 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər "Zoomlion" "Green Leading Win-Win 2027 / Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil…
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Oxu.az-a istinadən, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin…
Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb. Bu barədə Oxu.az məlumat yayıb. Məlumata görə, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb. 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur…
3 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılır. Qeydiyyat 18 noyabr saat 15:00-dək davam edəcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət…
Noyabrın 3-də Hövsan–Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
2 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuronu qəbul edib
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin məhkəmə prosesi qapalı rejimdə baş tutacaq
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın söndürülüb
Dünyanın 20-dən çox ölkəsindən 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər Zoomlion "Green Leading Win-Win 2027 Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil edib
Fransada iki həftəlik payız tətilindən sonra məktəblilərin etiraz aksiyaları yenidən başlayıb
“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…