İranda İsrailə casusluqda şübhəli bilinən şəxs saxlanıldı

İranda İsrailə casusluqda şübhəli bilinən və hərbi-sənaye müəssisəsində çalışan şəxs saxlanılıb.

Bu barədə “Mehr News” məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs raket və pilotsuz uçuş aparatları (PUA) üçün hissələr istehsal edən hərbi-sənaye müəssisəsində işləyib.

O, obyektlərin koordinatlarını İsrailə ötürməkdə şübhəli bilinir.

İran televiziyası saxlanılan şəxsin etirafını əks etdirən görüntülər yayımlayıb. Lakin onun adı və digər şəxsi məlumatları açıqlanmayıb.