Bakı, 2 noyabr, AZƏRTAC Təbii qaza görə cari ödənişlərimiz tam həyata keçirilir. 2025-ci ildə istilik təsərrüfatlarında 31,5 milyon manat dəyərində 191 milyon kubmetr təbii qaz istifadə olunub, ödəniş isə 32,3 milyon manat, yəni istifadə olunan qazın dəyərinin 102,6 faizi qədər olub.Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.“Bu ilin 9 ayında 24 milyon manat dəyərində 145,6 milyon kubmetr qaz istifadə edilib və onun dəyəri 100 faiz ödənilib. İl üzrə 32,4 milyon manat dəyərində 196,4 milyon kubmetr qaz sərfi proqnozlaşdırılır və bu məbləğ də tam ödəniləcək. Əvvəlki illərdə yaranan borcla bağlı hazırda Azərbaycan Respublikası Energetika nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Maliyyə nazirliyi ilə birlikdə təkliflər hazırlanmaqdadır”, - deyə İlham Mirzəliyev vurğulayıb. Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz. Müxbir – Vüsalə Səfərova