Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbuluna mane olacağı təqdirdə parlament müxalifətinə ictimai təzyiq göstəriləcəyini bildirib.
Paşinyan bunu parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, parlament müxalifətinin mövqeyi yeni Konstitusiyanın qəbulu prosesini dayandırarsa, bu, Azərbaycanla yekun sülhə qarşı çıxmaq kimi qiymətləndiriləcək.
“Bu halda müxalifətə qarşı birmənalı şəkildə ictimai təzyiq formalaşacaq. Belə bir ictimai əhvali-ruhiyyə olarsa, hakim çoxluq həmin təzyiqə rəhbərlik etməlidir”, – Paşinyan bildirib.