İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistana rəsmi səfər edib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abbas Əraqçinin səfər çərçivəsində Türkmənistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcəyi, siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsini müzakirə edəcəyi gözlənilir.