Təbii qazın dəyəri artdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.34% dəyər qazanaraq 2.9079 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 2.05% azalaraq 101.82 avroya bərabər olub.