Gəncədə daha bir tibb müəssisəsi bağlanır

Gəncə şəhərində yerləşən reabilitasiya mərkəzi bağlanır.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, "Gəncə Reabilitasiya Mərkəzi" publik hüquqi şəxs (PHŞ) ləğv edilir.

Mərkəz Səhiyyə Nazirliyinə və onun strukturuna daxil olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabe idi.

2000-ci ildə dövlət qeydiyyatına alınan PHŞ Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 25 ünvanında qeydiyyatdadır.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən üç tibb müəssisəsi - Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi də ləğv edilmişdi.