Ukrayna Silahlı Qüvvələri Odessa vilayətində yerləşən “Neptun” gəmi əleyhinə raket sistemlərinin bir hissəsini itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya pilotsuz uçuş aparatları Odessa vilayətində sözügedən raket sistemlərinin sığınacaqlarına və saxlanma məntəqələrinə zərbələr endirib.