67 yaşlı kişi Ceyranbatan su anbarında boğuldu

Abşeron rayonunda 67 yaşlı kişi iş yerində ölüb.

Hadisə oktyabrın 30-u saat 19 radələrində Ceyranbatan su anbarının ərazisində baş verib.

Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun meyiti gölün ərazisində tapılıb.

Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)