Bakı-Qazax magistral yolunda bir ailənin 5 üzvü qəzaya düşdü

Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)