Azərbaycanda bələdiyyə binasında ölüm

Göygöl rayon Çaykənd Bələdiyyəsinin mühasibi 1963-cü il təvəllüdlü Sovda Orucovun iş otağında meyiti aşkar edilib.

63 yaşlı şəxsin meyitini iş saatdından sonra elə yoldaşları aşkar edib.

İlkin məlumata görə, bələdiyyə binasında işıqların sönmədiyi görünüb. İçəri daxil olduqda isə mühasibin meyiti orada tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.