Rumıniya superliqasında 14-cü turun oyunları keçirilir.
Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda ÇFR ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Cəlal da bu matçda iştirak edib. 23 yaşlı mərkəz müdafiəçisi 64-cü dəqiqədə meydana daxil olub.
“Petrolul” 24 xalla 4-cü pillədə qərarlaşıb.