Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.

Oxu.Az-a istinadən, hadisə rayonun Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Arzu Vəliyevi "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.