“Neftçi” Misli Premyer Liqasının X turunda “Şamaxı”ya qalib gəlib.
Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.
“Ağ-qaralar”ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar.
Xallarının sayını 21-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyi ələ keçirib. “Şamaxı” isə 13 xalla yeddincidir.
Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.