Neftçi- Yenidən liderliyə yüksəldi

Misli Premyer Liqasında X tur davam edir.

Apasport.az-a istinadən, ikinci oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edib.

Görüş saat 15:00-da start götürüb. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.

Matç məhsuldar alınıb. Görüşdə 5 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbəyə sevinib.

"Ağ-qaralar" bu nəticə ilə xallarının sayını 21-ə çatdırıb və yenidən liderliyə yüksəlib.