Misli premyer-liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi"nin üzvü Qustavo Klisman mükafatlandırılıb.
Bu barədə PFL-in saytı məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı Misli premyer-liqasının 10-cu turunun Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.