Tramp FTB-nin məlumatını təkzib etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun kriptovalyuta birjası “Binance”ə qarşı genişmiqyaslı haker hücumunda Şimali Koreyanın iştirakına dair əmin olmadığını bildirib.

Tramp bu barədə Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Hazırda bunu araşdırırıq. Bunun Şimali Koreya ilə əlaqəli olub-olmadığını bilmirik. Əgər belədirsə, bu məsələni Şimali Koreya ilə müzakirə edəcəyik”, – deyə ABŞ lideri qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) “Binance” kriptovalyuta birjasına qarşı genişmiqyaslı kiberhücumda Şimali Koreyanı ittiham etmişdi. Hücum nəticəsində dəyən zərərin 6,3 milyard dollar ola biləcəyi bildirilir.