Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honşu adasındakı Mie prefekturasının sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Yaponiya Meteorologiya İdarəsinə istinadən, yeraltı təkanların ocağı 350 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Honşu adasının böyük hissəsində hiss olunub.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Nəqliyyatın fəaliyyəti normal rejimdə davam edir.