Noyabrın 1-də Bolqarıstanda ölkənin prezident və vitse-prezident seçkilərinin ikinci turu keçiriləcək.
Dövlət başçısı postu uğrunda Kiril Valçevlə birlikdə namizədliyini irəli sürən İliyana Yotova və vitse-prezidentliyə namizədi Georgi Kandev olan Andrey Qyurov mübarizə aparacaq.
Səsvermə Bakı vaxtı ilə saat 09:00-da başlayacaq və 22:00-dək davam edəcək. Ölkə ərazisində 12 mindən çox seçki məntəqəsi açılacaq və bu məntəqələrdə təxminən 6,6 milyon vətəndaş səs verə biləcək.
Xaricdə yaşayan və ya müvəqqəti qalan Bolqarıstan vətəndaşları üçün 60 ölkədə əlavə məntəqələr fəaliyyət göstərəcək.
Bolqarıstan Prezidenti ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və ardıcıl olaraq iki müddətdən artıq vəzifə tuta bilməz. Eyni zamanda vitse-prezident də seçilir.
İkinci turda səslərin sadə çoxluğunu toplayan namizəd qalib olacaq.